Bakıda kütləvi intihar cəhdi - Yenilənib
Bizi izləyin

Qırmızı.az

Bakıda kütləvi intihar cəhdi - Yenilənib

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində kütləvi intihara cəhd edən şəxslər xilas edilib.

Bu barədə Report-a Suraxanı Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Məlumata görə, hadisə yerinə cəlb olunan xilasedicilər həmin şəxslərlə söhbət zamanı onları fikirlərindən yayındıra biliblər. Xilas edilən şəxslər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aparılıblar. Hazırda onların şəxsiyyəti və intihara cəhd etmələrinin səbəbləri araşdırılır.

****

Bu dəqiqələrdə Bakıda bir neçə şəxsin intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə Report-a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarıtikili binada 5 nəfər intihar etməyə cəhd göstərib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Xilasedicilər intihar etmək istəyən şəxsləri fikirlərindən daşındırmaq istiqamətində onlarla danışıqlar aparırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm