Səhiyyə nazirliyindən körpə ölümləri barədə açıqlama
Bizi izləyin

Qırmızı.az

Səhiyyə nazirliyindən körpə ölümləri barədə açıqlama

2009-cu ildə respublikada körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.

Publika.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova nazirliyin illik hesabatında qeyd edib.

Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının icrası ilə bağlı artıq diridoğulmanın beynəlxalq meyarları qəbul olunub. 2015-ci ilin yanvarın 1-dən onların tətbiqinə başlanılacaq.

G.Poladovun sözlərinə görə, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2013-cü illə müqayisədə təxminən 13% artıb. Bu xəstəlikdən ölüm göstəricisi keçən illə müqayisədə eyni səviyyədə qalıb.

Eyni zamanda onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması səbəbindən bu xəstəliklərdən ölüm göstəricisi 2013-cü illə müqayisədə hər 100 min nəfərə 68,7-dən 64,0-dək azalıb.

Bu vacib sahədə görülən tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə onkoloji xəstəliklərə qarşı mübarizəyə dair Dövlət Proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm