Qırmızı.az
Bayram axşamı dəhşətli qəza: ölən var
Xaçmazda axşam saatlarında ölümlə nəticələnən ağır yol
nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun köhnə
Xudat kəndi ərazisində baş verən qəzada bir nəfər ölüb, bir nəfər
isə ağır xəsarətlər alıb.
Qubanın Qırız kənd sakini, 1982-ci il təvəllüdlü Ərəstun Akif oğlu
Seyidova məxsus "Mitsubishi Pajero" markalı avtomobil yolda hərəkət
edən zaman həmin istiqamətdə avtomobildən düşən 2 sərnişini vurub.
Belə ki, Elmar Fəxrəddin oğlu Arazova məxsus "Passat" markalı
maşından düşən 2 sərnişindən biri dünyasını dəyişib, biri isə
yaralanıb.
1991-ci il təvəllüdlü İmran İsmayıl oğlu İsmayılov hadisə yerindəcə
keçinib. Ağır xəsarətlər alan 1989-cü il təvəllüdlü Ruslan Əsəd
oğlu Əsədov Xaçmaz rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xaşmaz rayon Polis Şöbəsində araşdırmalar
aparılır.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər