• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Metroda gediş haqqı artırıla bilər

Metroda gediş haqqı artırıla bilər

Paytaxt ərazisində fəaliyyət göstərən nəqliyyat vasitələrində gediş haqlarının artırılması yeraltı nəqliyyatdan da yan keçməyəcək.

Axar.az xəbər verir ki, bir müddət öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı regional şöbəsinin rəis müavini Əmrah Cəfərov marşrutlarda gediş haqlarının artırılmasının labüd olduğunu açıqlamışdı. Onun sözlərinə görə, vahid ödəniş kartlarının tətbiqi ilə bu məsələ həll olunacaq. Lakin burada bir məqam diqqətçəkəndir. Bildiyimiz kimi, vahid ödəniş kartları bütün nəqliyyat vasitələrində keçərlidir. Belədə avtobuslarda gediş haqlarının artırılacağı təqdirdə avtomatik olaraq metroda da gediş qiyməti artmış olacaq.

Xatırladaq ki, hələ bir müddət əvvəl Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bir sərnişinin metroda daşınmasının maya dəyərinin 49 qəpiyə başa gəldiyini açıqlamışdı. Ona görə də metroda gediş haqlarının qaldırılması üçün bir neçə dəfə Taarif Şurasına müraciət olunub.

Lakin Taarif Şurası metroda gediş haqlarının qaldırılmasını məqbul saymamışdı. Metro keçidlərində ticarət obyektlərinin ləğvindən sonra isə gəlirləri azalan Bakı Metropoliteni dövlət büdcəsindən verilən dotasiyanın artırılmasına ehtiyac duyur.

Bu ildən başlayaraq, neftin qiymətinin aşağı düşməsi ilə büdcə gəlirlərində azalmalar və üstəlik, Azərbaycanda metronun gediş haqqının qonşu Türkiyə və Rusiyadan qat-qat ucuz olması Bakı Metropolitenində qiymətlərin artırılmasını bir daha gündəmə gətirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR