Qırmızı.az
Azərbaycan ikinci peyk üçün icarəyə yer götürdü
Azərbaycan ölkənin ikinci peyki üçün orbital mövqe icarəyə götürüb.
Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Yeni orbital mövqe birinci "Azerspace-1” peyki üçün Malayziyadan icarəyə götürülən 46-cı dərəcə şərq uzunluq dairəsi kimi xarici ölkələrin birindən icarəyə götürülüb.
Azərbaycanın ikinci geostasionar peyki üçün orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar peyk sistemlərinin orbital mövqelərinin koordinasiyasında problemlərin mövcudluğu ilə əlaqədar qəbul edilib.
Söhbət peyk sisteminin yaradılmasını planlaşdıran ölkənin qabaqcadan peyk sistemlərinin əsas xarakteristikalarını dərc etməsi (Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə) və qonşu peyk rabitəsi sistemlərinin bu halda maraqlarına toxunulan bütün sahibləri ilə onların uyğunlaşdırmasını aparmasından gedir.
Mənbənin sözlərinə görə, "Azerspace-2" peykinin yerləşdiriləcəyi orbital mövqe və mövqenin icarəyə götürüldüyü ölkə haqqında informasiya yaxın vaxtlarda açıqlanacaq.
“Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi