Toya hazırlaşan qohumlar arasında dava düşdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Toya hazırlaşan qohumlar arasında dava düşdü - FOTO

Tovuzun ucqar dağ kəndi Əhmədabadda toya hazırlaşan qohumlar arasında dava düşüb.


Publika.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, kənd sakini Etibar Qarayev bacısı oğlunun toyuna bir gün qalmış həyat yoldaşı Tahirə Qarayevanı və onun dayısı oğlu Siyavush Hummətovu möhkəm döyüb.

Ağır xəsarət alan Əhmədabad kənd sakinləri Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin sözlərinə görə, müxtəlif xəsarətlər alan qohumlardan Siyavush Hummətovun vəziyyəti daha ağırdır.

Yaxın qohumların davasına nəyin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm