Ər arvadını güllələdi, sonra intihar etdi
Bizi izləyin

Qırmızı.az

Ər arvadını güllələdi, sonra intihar etdi

Türkiyədə 26 yaşlı kişi 25 yaşlı həyat yoldaşını pnevmatik tüfənglə öldürdükdən sonra intihar edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyanın Serik mahalının Orta məhəlləsində qeydə alınıb.

Bildirilir ki, bu gün səhər saat 11:00 radələrində Veli Toptaş yeni ailə qurduğu xanımı Bircan Toptaşla mübahisə edib. Cütlüyün hansı səbəbdən mübahisə etməsi dəqiq məlum olmasa da, qeyd olunur ki, bir qədər sonra tərəflər arasında əlbəyaxa dava düşüb. Xanımının reaksiyasından əsəbiləşən ər pnevmatik tüfənglə Bircan Toptaşa 5 dəfə atəş açıb.

Qonşuların sözlərinə görə, balkona qaçaraq xilas olmağa çalışan Bircan Toptaş hadisə yerində ölüb. Bundan sonra silahı özünə tuşlayan ər özünü ürək nahiyəsindən güllələyərək intihar edib.

Silah səsləri eşidən qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları evdə apardıqları araşdırmadan sonra Veli və Bircan cütlüyünün cəsədlərini tibb ekspertiza üçün morqa göndəriblər.

Qeyd edək ki, qonşular ifadələrində cütlüyün turizm sektorunda çalışdığını bildiriblər.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm