"Təhlükəsizlik qaydalarına əməl olunmayan binalara qaz verilməyəcək" – Rövnəq Abdullayev
Bizi izləyin

Qırmızı.az

"Təhlükəsizlik qaydalarına əməl olunmayan binalara qaz verilməyəcək" – Rövnəq Abdullayev

"Təhlükəsizlik qaydalarına əməl olunmayan binalara qaz verilməyəcək" – Rövnəq Abdullayev

.
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin fevralın 14-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı tikilən yeni yaşayış binalarında qaz problemi məsələsini qaldırıb.Publika.Az-ın məlumatına görə, iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva yeni tikilən binalarda mavi qazın verilməməsi və sakinlərin bundan şikayətçi olması məsələsini gündəmə gətirib: “Ötən iclasda da yeni tikilən göydələnlərlə bağlı məsələlər qaldırıldı və qeyd edim ki, vətəndaşlar tərəfindən bizə bu yöndə çoxlu sayda müraciətlər daxil olur. Həmin vətəndaşlar parlamentə müraciət edərək xahiş ediblər ki, yeni tikilən binalara qaz verilsin. Deputat qeyd edib ki, qazın verilməməsi orada yaşayan insanların günahı deyil: “Onlar da bildirib ki, binaya köçmək üçün binanı tokən şirkətlər onlara icazə verib, ona görə də onlar orada yaşayırlar. Həmin binalarada su, elektrik enerjisi olsa da, qaz verilmir. İnsanlar onu da qeyd edirlər ki, mənzillərin qızdırılmasında ciddi əziyyət çəkirlər. Bu da onların büdcələri üçün də böyük problem yaradır. Odur ki, biz müvafiq dövlət qurumlarını dəvət edib bu problemi araşdırmalıyıq. İnsanların mavi yanacaqla bağlı problemi həllini tapması vacibdir”.

Deputatın sözlərinə görə, bu məsələdə tikinti şirkətləri məsuliyyət daşıyırlar.

Deputat yeni tikilən binalara mavi yanacağın verilməməsinə görə “Azəriqaz” İstehsalat Birliyini və Mənzil Tikinti Kooperativlərini (MTK) günahlandırıb.

Deputat təklif edib ki, bu sahəyə sərt və ciddi yanaşılmalıdır: “Bu binaları tikən insanlar oranı dövlət komissiyasına təhvil vermədən vətəndaşların istifadəsinə necə verirlər? Şirkətlər ciddi məsuliyyət daşımalıdır. “Onlar bir binanı təhvil verilmədən ikinci binanı tikirlər. Hesab edirəm ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək”. Hesab edirəm ki, bu problemlər həll olunmalıdır”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu problemlə maraqlanıb: “Həmin binaların 70%-də tüstü bacaları yoxdur. Həmin binalara qazı verək, qəfildən parltlayış baş versə, buna kim cavab verəcək? Bundan başqa həmin binalara qaz verilməsi üçün binanın 70% dolması lazımdır. Əsas məsələ həmin binalarda tüstü bacaların olmasıdır. O.Əsədov onu da əlavə edib ki, əgər binalar təhvil verilməyibsə, əhali oraya köçməməlidir.

İclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə bildirib ki, həmin kooparativ binalar tam hazır olmamış mənzilləri əhaliyə satılır: ARDNŞ və “Azəriqaz” neçə vaxtdır elan edir ki, hansı bina Fövqaladə Hallar Nazirliyinin (FHN) təhvil sənədini almayıbsa, həmin binaya qaz verilməyəcək. Hansı binada təhlükəsizlik qaydalarına əməl olunmursa, o binaya qaz verilməyəcək.

Bizim bir həftə müdfdətində qəbul edilən binaya qaz vermək imkanımız var. Ancaq ilk növbədə binalarda MTK-lar təhlükəsizliyi təmin etməlidir ki, biz də həmin binaya mavi qaz verəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm