Fazil Mustafa Akif Nağıya cavab verdi
Bizi izləyin

Qırmızı.az

Fazil Mustafa Akif Nağıya cavab verdi

Millət vəkili Fazil Mustafa Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının onu bilmədiyi sahələrə aid çıxışlar etməkdə ittiham etməsinə Facebook səhifəsndə cavab verib.

“Hörmətli Akif Nağı yazır ki, Fazil bəy, yaxından bilmədiyiniz sahələrə, məhz tarix, din, hərb sahələrinə aid "cəsarətli" çıxışlar edirsiniz. Təbii ki, ironiyanı anlayıram, çünki mənə bu yöndə irad bildirənlər yazdığımın mahiyyəti barədə danışmaq əvəzinə, tarixçı, ilahiyyatçı və ya hərbçi olmadğımı irad tuturlar. Digər dostluqda olanlardan biri isə statusunda yazır ki, Fazil bəy ANS-dəki debatda həqiqət olmayanı həqiqət kimi çadıra bildiyinə görə qalib gəldi”, - millət vəkili yazıb.

Fazil Mustafa hesab edir ki, əslində bu münasibətlər cəmiyyətimizin vəziyyətidir. Mühakimə doğru olmayanda, ən nüfuzlu adamlar belə sözlərinin məsuliyyətini itirməkdən xilas ola bilmirlər.

“Necə yəni, yaxından bilmədiyin sahələr barədə fikir yürüdürsen? Təvazökarlıqdan bəlkə də uzaqdır, din fəlsəfəsindən dissertasiya müdafiə etmişəm, bir neçə kitabım, onlarla məqaləm var. Tarixə aid son kitabım Akif bəyin özündə də var. İxtisasca tarixçidir, götürüb fikirlərimə qarşı bir əsər yazsın, hərbidə də iki dəfə - həm əsgər, həm də zabit kimi döyüş bölgəsində xidmət keçmişəm. Bu sahələri yaxından bildiyimi göstərmək üçün daha neçə əsər ortaya qoymalıyam və daha neçə dəfə hərbi xidmət keçməliyəm, doğrusu anlaya bilmirəm. Yaxud da həqiqət olmayanı həqiqət kimi necə bu insanlara sırımaq mümkündür? Mən faktlardan danışıram, bunlar deyir ki, bu faktlar bizim arzularımızla üst-üstə düşmür. Faktları sizlərin arzularına görə dəyişməyəcəyik ki? Bu xalqımın yeganə çıxış yolunu öz potensialını dəqiq analiz edərək saxta tarixlə oyalanan, reallıq hissinden uzaq bir obrazdan çıxmasında görürəm. İnanın ki, mən də 30 il öncə əzbərlədiyim mətnlərə uyaraq sizlər kimi düşünürdüm. Ciddi araşdırandan sonra məsələlərə baxışım xeyli dəyişdi. Əminəm ki, yaxın zamanlarda sizlər də bu doğruları qəbul edəcəksiniz”, - Fazil Mustafa vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm