İmtahanların vaxtı bəlli oldu
Bizi izləyin

Qırmızı.az

İmtahanların vaxtı bəlli oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahan və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiq edib.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə imtahanın birinci mərhələsi fevralın 22-də, ikinci mərhələ aprelin 26-da keçiriləcək. Ərizə qəbulu fevralın 3-dən 12-dək aparılacaq. Proqram seçimi aprelin 1-dən 10-dək aparılacaq.

İxtisaslaşma seçimi mayın 7-dən 12-dək aparılacaq. Boş qalan yerlərə ixtisaslaşma seçimi iyunun 22-dən 28-dək keçiriləcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu fevralın 16-dan 23-dək aparılacaqş Qəbul imtahanının I mərhələsi martın 15-də, II mərhələ iyulun 7-də keçiriləcək. İxtisaslaşma seçimi iyulun 10-dan 14-dək keçiriləcək. Boş qalan yerlərə ixtisaslaşma seçimi iyulun 21dən 24-dək aparılacaq.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 5, 12, 19-u və mayın 3-də keçiriləcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm