Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncə şəhərinin N.Nərimanov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhərinin N.Nərimanov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Kəpəz Tv-yə istinadən verdiyi məlumata görə, qəza zamanı "Mitsubishi" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Zərbənin təsirindən "Mitsubishi" aşaraq yolun kənarındakı işıq dirəyini sıradan çıxarıb. Bu zaman avtomobildə yanğın baş verib və avtomobilin sürücüsü xəsarət alıb.

"Mercedes" markalı avtomobilin sürücüsü isə avtomobili tərk edərək hadisə yerindən qaçıb.

Hazırda FHN-nin əməkdaşları yanğını söndürməyə cəhd göstərirlər. Qəza ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qəzanın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm