• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Rəşid Mahmudov: “Mənə avtomat verin, bunların hamısını bir-bir qırıb qurtarım”

Rəşid Mahmudov: “Mənə avtomat verin, bunların hamısını bir-bir qırıb qurtarım”

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov bir sıra tanınmış şou nümayəndələrinin jurnalistlərin ünvanına bir sıra təhqiramiz ifadələr səsləndirməsinə münasibət bildirib.

R.Mahmudov Publika.az-a açıqlamasında ilk növbədə Azərbaycan ordusu hərbçilərinin düşmənlə təmas xəttində şəhid verdiyi günlərdə bir sıra televiziya kanallarında şou verilişlərin davam etməsi, bəzi müğənnilərin konsert və dəbdəbəli ad günləri keçirməsindən danışıb: “Yaxşı olar ki, siz mənə bir avtomat silah alın, mən də bunların hamısını bir-bir qırıb qurtarım. Bununla da, canımız dincəlsin. Bizim əsgərlərimiz cəbhədə rəhmətə gedirlər, şəhid olurlar. Əgər bu gün bizim Vətənimizi, torpaqlarımızı və namusumuzu qoruyan 3 əsgərimiz şəhid olursa, onların ruhuna hörmət edən adam konsert verməz.

Bu, ayıbdır. Ən azı, heç olmasa, bəzi televiziya kanallarında yayımlanan şou verilişlərin aparıcıları öz müğənni qonaqlarını ayağa qaldırıb, onların ruhuna hörmət etdirməli və başsağlığı verməlidir. Bu sözlər mütləq deyilməlidir. Bizim bir sıra şou aparıcılarında da mənfi cəhətlər çoxdur... Bu dünya düzəlmir ki, düzəlmir. Nə jurnalisti düzəlir, nə də müğənnisi. Ancaq bəzi jurnalistlər ancaq lotu-potu müğənnilərdən yazırlar.

Bir vaxtlar bizim xalq artisti adını almış Elmira Şabanovanın oğlu Fuad var. O, Rusiyanın televiziya kanalında çalışır. Təsəvvür edin ki, həmin Fuad gedib erməni artistindən kino çəkib və filmdə Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını da erməni bəstəkar Aram Xaçaturyanın adından veriblər. Daha sonra bir vətənpərvər jurnalist-tənqidçi bunu götürüb araşdırır və yazır ki, bu, Azərbaycan xalqına qarşı yaradılmış təxribat və arxadan zərbədir. Bundan sonra o aktrisa jurnalistin üstünə gəlir və media işçisini məhkəmə ilə hədələyir, 100 min manat da təzminat istəyir. Bu jurnalist də yeni ailə həyatı qurmuş adam idi, hətta həyat yoldaşı da elə bildi ki, bu yazığın 100 min manat borcu var, ona görə az qalırdılar ki, boşanalar.

Mən də bu cavan oğlana dəstək oldum və qadına dedim ki, əgər sən bu oğlanı məhkəməyə versən, səni el içində biabır edəcəm. O zaman imkan vermədim ki, o arvad jurnalisti günahsız yerə məhkəməyə versin. Sonra da o qadın ölkədən çıxdı getdi. Amma çox təəssüf ki, sonra bəzi müğənnilər Elmira Şabanovanı görən kimi ona yaltaqlanmağa başlayırdılar. Bəzi şou nümayəndələri ona düz söz deməkdən çəkinirdi. Bu cür adamlar Azərbaycan xalqına məxsus olan hər şeyi erməniləşdirirlər.

Bəzi müğənnilər bu millətin başına bəladır. Hamısı deyil, bəzi müğənnilər. Bizim Xan əmi, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi gözəl xalq artistlərimiz və müğənnilərimiz olub. Onlar həm də Vətənini sevən gözəl insanlar idi. Bundan əlavə, Azərin kimi vətənpərvər və əxlaqlı müğənnilərimiz var. Kimsə onun haqqında mənfi nə isə eşidə bilərmi? Bu, mümkün deyil. Çünki Azərin xanımın özü heç zaman şouya və qalmaqallara qoşulmur. Siz jurnalistlər də bu cür müğənnilərin müsbət cəhətlərindən yazın”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>