Ədliyyə naziri Salyanda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Ədliyyə naziri Salyanda qəbul keçirəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 4-də Salyan rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qəbulda Salyan, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 156) keçiriləcək.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-67-27, (02121) 5-60-23, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Salyan şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm