İki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

İki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı

Ağdaşda minik və yük avtomobilləri toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "İveco" markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü bədən xəsarətləri alıb və şəxsiyyəti məlum olmayan 1 nəfər qadın hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:45-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm