• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səfir: ““Khazar İslands” Azərbaycanın böyük uğurlarından biridir” – FOTOLAR

Səfir: ““Khazar İslands” Azərbaycanın böyük uğurlarından biridir” – FOTOLAR

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun “Avesta Concern”nin inşa etdiyi “Khazar İslands” (“Xəzər adaları”) layihəsi ilə yaxından tanış olmaq üçün bu nəhəng layihənin həyata keçirildiyi əraziyə səfər edib.

Publika.az-ın məlumatına görə, qardaş ölkənin səfirini və səfirliyin digər əməkdaşlarını səmimiyyətlə salamlayan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi “Khazar İslands” layihəsi haqqında geniş məlumat verib.

Səfir İsmayıl Alper Coşkun isə öz növbəsində qardaş Azərbaycanda belə nəhəng layihənin həyata keçirilməsinə görə ilk növbədə Hacı İbrahim Nehrəmlini təbrik edib və ona uğurlar arzu edib.

Türk diplomat Azərbaycanın müstəqillik əldə etdikdən sonra çox böyük inkişaf yolu keçdiyini, qısa müddətdə nəhəng layihələrə imza atdığını qeyd edib. Səfir bütün bu uğurların Türkiyədə sevinclə qarşılandığını vurğulayıb.

İsmayıl Alper Coşkun bildirib ki, “Khazar İslands” layihəsi də həmin uğurlardan biridir və layihədə imzası olan hər bir şəxs bununla fəxr edə bilər.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli isə qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olması və Azərbaycanın sürətli inkişaf əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasətin nəticəsidir: “Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə sonuncu səfərini xatırladan Hacı İbrahim Nehrəmli iki ölkə rəhbərləri arasındakı qardaşlıq münasibətlərini Azərbaycan və Türkiyənin iş adamları arasındakı əməkdaşlığa xüsusi təkan verdiyini söyləyib.

“Khazar İslands” layihəsi çərçivəsində bir neçə Türk şirkəti ilə əməkdaşlıq etdiklərini, layihəyə maraq göstərəcək Türkiyənin başqa şirkətlərini də Bakıda görməkdən məmnun olacaqlarını vurğulayan “Avesta Concern”in prezidenti qardaş ölkənin iş adamları ilə işbirliyində maraqlı və həvəsli olduqlarını qeyd edib.

İsmayıl Alper Coşkun isə Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə, xüsusilə də “Khazar İslands” kimi nəhəng layihədə iştirakının onlar üçün qürur verici və arzu edilən olduğunu söyləyib.

Daha sonra səfir İsmayıl Alper Coşkun “Khazar İslands” layihəsi çərçivəsində görülən işlərlə tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşün sonunda İsmayıl Alper Coşkun “Khazar İslands” layihəsini yaxından izləyəcəyini, həyata keçirilən işlərlə tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə yeni səfərlər edəcəyini bildirib.

Səfir İsmayıl Alper Coşkunu “Khazar İslands”a səfərində Türkiyənin Azərbaycandakı səfirliyinin bir neçə məsul şəxsi müşayiət edib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR