Qırmızı.az
Ermənilər dinc sakinimizi vurdu
Ermənilər cəbhə xəttində yenidən fəallaşıblar. Ötən gün
axşam saatlarında ermənilər Tovuz rayonunun sərhədyanı Əlibəyli
kəndini iriçaplı silahlardan intensiv atəşə
tutublar.
Tovuz rayon Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin ANS
PRESS-ə verdiyi məlumata görə, ermənilər iki gündür ki, kəndi
intensiv şəkildə atəşə tutur.
"Dünən axşam saatlarında kənd bir neçə saat atəş altında
saxlanılıb. Atışma zamanı kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə
Əliyeva biləyindən yaralanıb".
Kənddə bir ev də erməni güllərinin qurbanı olub. Belə ki, ev
tamamilə yanıb. Atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə
ziyan dəyib.
Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimin müavini Sayad
Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda Xatirə
Əliyevanın vəziyyəti normaldır. Onun həyatı üçün heç bir təhlükə
yoxdur.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq