Azərbaycanda daha bir ana ölümü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda daha bir ana ölümü

Siyəzəndə ana ölümü baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib.

Belə ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub. Qız uşağı dünyaya gəlib. Uşağın vəziyyəti normal olub.

Əməliyyatdan sonra qadının də vəziyyəti yaxşı olub. Lakin bu gün səhər saatlarında qəflətən vəziyyət dəyişib. Tibb bacısı palatada uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib.

Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə zamanı qadına ağ ciyər iltihabı diaqnozu qoyulub.

Diaqnostikanın baş həkimi Dadaş Hümbətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bu qadının ilk hamiləliyi olub.

Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm