Sabah Bakıda güclü külək əsəcək
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda güclü külək əsəcək

Bakıda sabah güclü külək əsəcək, qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, gündüz yarımadanın bəzi yerlərində küləyin sürətinin daha da güclü olacağı gözlənilir.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacaq. Yağıntının bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm