Paytaxtda 7 nəfərlik banda tutuldu
Bizi izləyin

Qırmızı.az

Paytaxtda 7 nəfərlik banda tutuldu

Paytaxtda mağazalardan oğurluq edən dəstənin üzvləri saxlanılıblar.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlanıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri - Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm