Fondda Xocalı soyqırımı anıldı
Bizi izləyin

Qırmızı.az

Fondda Xocalı soyqırımı anıldı

Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Fonddan Publika.az-a verilən məlumata görə, tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Toplantıda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Toplantıda qeyd edilib ki, ermənilərin məlum təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunub. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır.

Anım mərasimi Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm