• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər etmişdir.

Trend-in IDEA İctimai Birliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə “Mavi Dəniz Fondu” tərəfindən çəkilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Bir cinsin sonu” (End of the line) filminin ilk nümayişi keçirilmişdir. Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi sözügedən filmin geniş ictimaiyyət üçün nümayişini də təşkil etməyi planlaşdırır. Bu barədə müvafiq elan mətbuatda əlavə olaraq dərc olunacaqdır.

Nümayişdən sonra Çarlz Klover və “Mavi Dəniz Fondu”nun digər əməkdaşları təmsil etdikləri təşkilatın fəaliyyəti barədə geniş məlumat vermiş, həmçinin tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Səfər zamanı Ç.Klover Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşmüşdür. Sözügedən görüş zamanı Xəzər dənizində ekoloji vəziyyət və onun faunasının mühafizə və bərpası məsələləri müzakirə edilmişdir. Bu xüsusda, “Mavi Dəniz Fondu”na dəniz ətraf mühitinin mühafizəsi istiqamətində görülən tədbirlər və əldə olunmuş uğurlar barədə məlumat verildi. Tərəflər əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinə razılıqlarını bildirmişlər.

“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilmişdir. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR