• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Sovetski"nin sakinlərinə əlavə 1000 manat veriləcək - AÇIQLAMA (VİDEO)

"Sovetski"nin sakinlərinə əlavə 1000 manat veriləcək - AÇIQLAMA (VİDEO)

"Sovetski" sakinləri söküntü işləri ilə bağlı sabah Yasamal rayon icra başçısı ilə müzakirə aparacaqlar.

Qərar "Sovetski" kimi tanınan qəsəbə sakinlərindən ibarət təşkilat komitəsinin, Köçürmə komissiyanın sədri Səməd İslamovla bu gün keçirdiyi görüşdən sonra verilib. Vaxt qısa olsa da "Sovetski" sakinləri icra başçısına ünvanlamaq üçün təkliflər paketi hazırlayıblar.

Təşkilat komitəsinin sədri, Namiq Quliyev: “Biz sakinlərin təklifini irəli sürürük. Evi balaca olanlara ev verilsin. Daha demirik ki, bu adamın bir otağı varsa, ona 7 otaq verin. Biz deyirik ki, əgər bunun 15 kvadrat metr ərazisi varsa, buna bir otaqlı ev versinlər. Evi böyük olanların da evinin təmirli olması, təmirsizliyi nəhərə alınsın.”

Koçürmə komissiyası isə istənilən narazı vətəndaşı dinləməyə hazırdır. Komissiyasının sədri Səməd İslamov indidən vəd edir ki, bu məsələdə heç kim onlardan narazı qalmayacaq.

Yasamal RİH başçısının birinci müavini, Səməd İslamov: “Biz insanları dinləməyə, onların problemini həll etməyə hazırıq. Bu problemləri biz bilirik. Həftəniin 6- günü Cəfər Cabbarlı küçəsi 12-də komissiya üzvləri onları qəbul edirlər. Sakinləri dinləyirlər.”

Bu günə kimi 2400-ə yaxın evdə ölçmə işləri aparılaraq qiymətləndirilib. 55 sakinin pulu bank hesabına köçürülüb. Kompensasiya olaraq sakinlərə yaşayış sahələrinin hər kvadratına görə 1500 manat pul ödənilir. Kompensasiyaya razı olan sakinlərin köçməsinə yardım etmək məqsədi ilə əlavə 1000 manat pul və iki ay vaxt da veriləcək. Sökülən ərazilərdə şəhərin baş planına əsasən istirahət parkı salınacaq. İcra rəsmiləri həmin ərazidə hər hansı bir yaşayış binasının tikiləcəyi ilə bağlı fikirləri təkzib edərək sözügedən ünvanda yalnız sosial obyektlərin salınacağını deyir. /Ans tv/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR