Qırmızı.az
Azərbaycanın istənilən bölgəsində Bakı nömrəsi işləyəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom”İstehsalat Birliyi innovativ texnologyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atdı.
İB-dən Trend-ə verilən məlumata görə, daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən “Aztelekom” İB bu siyahıya növbəti xidməti əlavə etdi. Bizim müştərilərimiz əhalinin bütün təbəqələrini əhatə etdiyindən, “585”-“Daşınan şəhər telefon xidməti” müştərilərimizə rahatlıq, operativlik və sevinc gətirəcək.
Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştərimiz Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq.
Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə 585 indeksli ilə telefonlara sahib olmaq fürsətindən yararlana bilərsiniz. 585 seriyası ilə başlayan nömrələrin çəkiliş haqqı həm Bakıda, həm də ölkənin rayonlarında 30 manat təşkil edəcək.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi