Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək

Hər il olduğu kimi bu il də Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə martın 14-dən 19-dək kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilen məlumata görə, yarmarkanın keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının almaqdır. Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Satışa çıxarılan bitki, heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq. Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm