• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

250 minə yaxın it quduzluğa qarşı peyvənd olunub

250 minə yaxın it quduzluğa qarşı peyvənd olunub

Ötən il 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən sahibsiz itlər küçələrdə tutularaq Balaxanı qəsəbəsində xüsusi ayrılmış yerə aparılır.

Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, itlərin saxlanması məqsədi ilə Bakı şəhəri ərazisində müasir tələblərə cavab verən özəl sığınacaq yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb. Bu məqsədlə Xidmətin əməkdaşları meşə zonası rayonlarına, həmçinin Bakı və Sumqayıt şəhərlərinə ezam edilib və Çevik qruplar yaradılıb.

Nazirlik son zamanlar ictimaiyyətdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı əsassız şəkildə yayılmış məlumatlara aydınlıq gətirib.

Heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanıb. Heyvanların, o cümlədən sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ciddi nəzarət altında, Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir. Biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur.

Bu cür hallara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübarizə aparılır və gələcəkdə də bu işlərin davam etdirilməsi nazirliyin nəzarətindədir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR