Qırmızı.az
Türkçülər Bakıda mükafatlandırıldı
Azərbaycanda türkçülüyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət etmiş türk ziyalılarına “Mahmud Kaşğari” adına türkçülük mükafatı təqdim edilib.
Publika.az-ın məlumatına görə, Azərbaycan-Türkiyə Evi tərəfindən təsis edilən mükafatın bu gün keçirilən təqdimat mərasimində millət vəkilləri, Azərbaycandan, Türkiyədən, Qazaxıstandan olan yazıçılar, ziyalılar və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan “Azəri-Türk Qadınlar” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbirin təşkil edilməsində məqsəd türk dünyasına xidmət etmiş şəxslərin mükafatlandırılmasıdır.
Onun sözlərinə görə, tədbirin bu gün keçirilməsində məqsəd həm də 31 mart azərbaycanlıların soyqırımı barədə qonaqlarımıza məlumat verməkdir, çünki bu gün burada türk dünyasının tanınmış fikir adamları toplaşıb.
T.Rüstəmxanlı qeyd edib ki, həm Qırğızıstan, həm də Qazaxıstanın xalq şairi Muxtar Şaxanov, araşdırmaçı-tarixçi Lyudmila Yeqerova, sənətçi Əhməd Şəfəq, Türkiyənin Həmkarlar İttifaqları Konfederasiyasının başqanı İsmayıl Koncuklu da bu mükafata layiq görülüblər: “Bu insanlar həm Xocalı faciəsinin, həm də Qarabağ həqiqətlərinin tanıdılmasında Azərbaycana ciddi dəstək veriblər. Onlar türk dünyasındakı xidmətləri ilə yanaşı, həm də Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında çox işlər görüblər”.
Sonra çıxış edən millət vəkili Sabir Rüstəmxanlı mərasimin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bütün imkanlardan istifadə edib türk millətinin yaşadığı faciəni cəmiyyətə bir daha xatırlatmalıyıq.
Çıxış edən digər natiqlər də tarix boyu türklərin başına gətirilən facilərdən, bu faciələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıblar.
Sonda mükafatlar təqdim edilib.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq