Qırmızı.az
Nazirlik bəzi ədliyyə işçilərini cəzalandırıb
Ədliyyə Nazirliyində bu gün keçirilən müşavirədə mövcud nöqsanlar və problemlər müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda bəzi əməkdaşlar tərəfindən vəzifə borclarına və vətəndaşların qayğılarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının pozulması halları qeyd edilib. Müşavirənin yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə bir sıra işçilər ciddi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric olunub. Həmçinin, ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin dəqiq yerinə yetirilməsi, işçilərin məsuliyyət hissinin, intizamın və nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
İclasda həmçinin, qarşıda duran digər vəzifələr müzakirə olunaraq ədliyyə fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması işinin müasir İKT-lərdən istifadə olunmaqla səmərəliliyinin artırılması, nazirliyin "Qaynar xətti"nin fəaliyyətinin təkmilləşdirilməsi, antikorrupsiya sahəsində treninqlərin keçirilməsi və s. tədbirlər müəyyən olunub.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO