Qırmızı.az
Paytaxt sakinləri hansı xəstəliklərdən əziyyət çəkir?
Bu il fevralın 1-dən martın 31-dək Bakı şəhər əhalisinin 30 faizi icbari tibbi müayinədən keçib. Müayinədən keçən əhalinin 10%-də xəstəlik aşkarlanıb.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, aşkar olunan xəstəliklər arasında tənəffüs sistemi (16 faiz), qan dövranı (13 faiz), həzm sistemi (12 faiz), əsəb sistemi xəstəlikləri (9 faiz)üstünlük təşkil edib. Xəstəlik aşkar olunmuş pasientlər əlavə olaraq müayinə-müalicəyə cəlb ediliblər. Belə xəstələrin 40 faizi hospitalizasiya olunub, qalanları isə ambulator müayinəyə götürülüb.
Müayinələr may ayının 1-dək davam edəcək. Səhiyyə Nazirliyi
tərəfindən ənənəvi olaraq ölkəmizdə hər il keçirilən “Sağlamlıq
ayı” çərçivəsində əhalinin icbari tibbi dispanserizasiyasının
məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən
aşkarlanması, müalicə olunmasıdır.
Hər kəs yaşadığı ünvana uyğun olaraq, qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Rayonda qeydiyyatda olan, təhsil almaq, işləmək və müxtəlif səbəblərdən paytaxtda yaşayanlar isə qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız qeydiyyatda olduqları poliklinikaya müraciət etməlidirlər.
Qeyd edək ki, böyüklərlə yanaşı, uşaqlar da icbari müayinəyə cəlb edilir. Ötən il “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” əsasında ölkədə 2 milyondan çox uşaq icbari dispanzerizasiyadan keçirilib.
Gülxar
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq