Heydər Əliyev prospekti tam bağlandı – TIXACA DÜŞMƏYİN
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospekti tam bağlandı – TIXACA DÜŞMƏYİN

Bakının Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yol aprelin 3-dən 4-nə keçən gecə bağlanıb. Buna səbəb Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində prospekt boyu nəzərdə tutulan təmir və abadlıq işlərinin aparılması ilə bağlıdır.

Bu müddət əzində sürücülərdən prospektin köməkçi yollarından, Bakının ətraf kənd və qəsəbələrindən şəhər istiamətinə gələnlərə isə Aseroport-Hövsan beton istifadə etmələri istifadə etmələri tövsiyə olunur: “Mərdəkan, Buzovna, Şüvəlan, Zirə, Binə, Qala, Zuğulba, Pirallahıdan şəhər istiqamətinə gələn sürücülərdən Aeroport-Hövsan beton yolu ilə hərəkət etmələrini tövsiyə edirik”.

V.Əsədov bildirib ki, işlərin qısa müddət ərzində tamamlanması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm