Nazirlik Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Nazirlik Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 6-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi “Daewoo” markalı 194 saylı xətt avtobusu toqquşub.

Bununla əlaqədar Z.Mirzəyev və P.Quliyev düşüb mübahisə edərkən Salyan rayon sakini Cahid Babayev idarə etdiyi “Daewoo” markalı 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.


Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm