Loqosunda Andranikin şəkli olan barın saytına giriş məhdudlaşdırıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Loqosunda Andranikin şəkli olan barın saytına giriş məhdudlaşdırıldı - FOTOLAR

Bakıda loqosunda Andranikin şəkli olan “Starapraqa” barının internet səhifəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, artıq bir neçə dəqiqədir həmin səhifəyə ( http://montinburg.pub-az.com/ ) giriş mümkün deyil. Qeyd edək ki, internet səhifəsində barla bağlı məlumatlar, fotoqalereya, əlaqə telefonları yazılmışdı. Bir neçə dəqiqə bundan əvvələ qədər səhifədəki bölümlərlə ətraflı tanış olmaq mümkün idi. Lakin indi həmin bölümlərə giriş mümkün deyil.

Üstəlik, internet səhifədə qeyd edilmiş mobil telefon nömrələrindən birinin ümumiyyətlə fəaliyyət göstərmədiyi, digərinin isə söndürüldüyü məlum oldu. Barın şəhər telefonları isə zənglərimizə cavab vermədi.

Xatırladaq ki, Bakı şəhəri, A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən "Montinburg" adlı pivə barı öz nişanına Andranikin şəklini vurmuşdu. Polisin müdaxiləsindən sonra loqo sökülüb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm