Masazırda evdə partlayış oldu
Bizi izləyin

Qırmızı.az

Masazırda evdə partlayış oldu

Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 20:32-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm