DİN Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 10-da saat 19 radələrində Xətai rayonunun Zığ yolunda yerləşən maşın qayırma zavoduna məxsus 9 mərtəbəli 105 mənzilli yataqxananın 2000 kvm. fasad örtüyündə və 56 mənzilində yanğın baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb, binanın fasad örtüyü və 56 mənzilin yanar konstruksiyaları qismən yanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm