ATU-da peyvənd otağı yaradılıb
Bizi izləyin

Qırmızı.az

ATU-da peyvənd otağı yaradılıb

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peyvənd otağı yaradılıb.

ATU-dan Publika.az-a verilən məlumata görə, burada xəstələrə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda nəzərdə tutulan zəruri peyvəndlər edilir. Onlar arasında Hepatit B, vərəm, poliomielit, göyöskürək, tetanus və digərləri var.

Milli Peyvənd təqvimindəki siyahıdan əlavə, Klinikada həmçinin həkimin məsləhəti ilə insan papilloması virusu, suçiçəyi, hepatit A, meninqokokk infeksiyası və qrip xəstəliklərinə qarşı da peyvəndlər etdirmək mümkündür.

Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında vurulan peyvəndlər əsasən Böyük Britaniyanın GlaxoSmith Kline dərman şirkətindən alınır. Peyvəndin vurulması vaksinoprofilaktika sağlamlığı üzrə hazırlıq keçmiş tibb personalı tərəfindən həyata keçirilir.

Peyvənd otağında xüsusi maarifləndirici kitabçalar da var. Bu kabinet gündə 2 dəfə dezinfeksiyaedici vasitələrlə təmizlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm