Avropa Oyunları dövründə pensiyaların verilməsində heç bir ləngimə olmayacaq
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunları dövründə pensiyaların verilməsində heç bir ləngimə olmayacaq

Bakıda Avropa Oyunlarının keçiriləcəyi dövrdə pensiyaların verilməsində heç bir ləngimə olmayacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanda ən iri tədbirlərdən biri olacaq, lakin bu yarışların pensiyaların ödənilməsinə heç bir aiddiyyəti yoxdur: "Hətta təqaüdlərin vaxtından əvvəl verilməsi artıq bizdə ənənəyə çevrilib ki, bu da bizdə əlavə resursların olduğunu göstərir. Ümid edirəm ki, bu tendensiya cari ilin növbəti dövründə də davam edəcək".

Aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 293,2 min təqaüdçü var.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda iyunun 12-dən 28-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm