Qırmızı.az
“Nurgün Motors”da nə baş verir – borc, yoxsa təmir?
Vergilər Nazirliyi “Nurgün Group”un Babək prospektində
yerləşən satış mərkəzlərini bağlayıb.
AzNews.az xəbər verir ki, şirkətə məxsus “İnfiniti”, “Renault”,
“Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar 3
gündür ki, möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini
vaxtında ödəməməsi göstərilir.
Məsələ ilə bağlı şirkətin “Nurgün Motors”un marketinq şöbəsindən AzNews.az-a bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb:
“Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi
təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti
bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.
Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salonlarının
niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab
verilməyib. Onu da bildirək ki, informasiyanı dəqiqləşdirmək üçün
adı çəkilən salonlara yollanan əməkdaşımız, orada hər-hansı
təmir-bərpa işlərinin aprıldığını müşahidə etməyib. Sadəcə,
salonların qapıları bağlı olub və nəinki işçilər, heç mühafizəçilər
də gözə dəyməyib.
Qeyd edək ki, “Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də
təsis edilib. “Nurgun Group” “Nissan”, “Ford”, “Renault” və
“İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini
təşkil edir. Onu da bildirək ki, mətbuatda “Nurgün Motors”un
müştəriləri aldatması, bundan əlavə, keyfiyyətsiz avtomobillərin
satışı ilə məşğul olması haqda tez-tez informasiyalar yayılır.
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"