Jurnalistlər BDU-ya niyə buraxılmır? - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər BDU-ya niyə buraxılmır? - Rəsmi

Bakı Dövlət Universitetində vəziyyət yenidən gərginləşib

Bakı Dövlət Universitetində vəziyyət yenidən gərginləşib.

Tələbələrin “Axar.az”a verdiyi məlumata görə, universitetə girmək mümkün deyil. Mühafizəçilər universitetin həyətinə gedən kütləvi yolları bağlayıb. Universitet tələbələrini yalnız bir qapıdanm tələbə biletlərini yoxlayaraq buraxırlar.

Bildirilir ki, bu addımın atılmağının əsas səbəbi jurnalistlərin BDU-ya daxil olmasının qarşısını almaqdır. Tələbələr deyir ki, universitetdə olan hadisələrin foto və videolarının çəkilməsini rektorluq istəmir və qadağa onunla bağlıdır.

BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirdi ki, belə bir qadağa olmasa da, jurnalistlərin şənbə günü universitetə gəlməklərini başa düşmür:

“Jurnalistlər BDU-ya niyə gəlib ki? Bilmirlər ki, şənbə günü universtitetdə iş günü deyil? Həftənin başqa günlərində gəlsələr, onları həyətə buraxacaqlar. Universitet rəhbərliyinin jurnalistləri həyətə buraxılmaması ilə bağlı isə heç bir göstərişi yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm