Qırmızı.az
"Azerspace-1"-in milyonlarla baxıcısı var
Milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanıb.
Publika.az Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın milli telekommunikasiya peyki orbitə çıxarılmamışdan əvvəl ölkə əhalisinin bir qismi çanaq antenalarını Türkiyə, Rusiya və eləcə də Avropa ölkələrinin peyklərinə tuşlayaraq onların yayımladığı telekanallara baxırdılar. Amma 2013-cü ildə ilk telekommunikasiya peykimiz fəaliyyətə başladıqdan sonra bu sahədəki vəziyyət müsbətə doğru dəyişməkdədir.
“Azərspace”də yayımlanan kanalların sayının günü-gündən çoxalması
və yayımın keyfiyyətli şəkildə əhaliyə çatdırılması ona olan marağı
artırıb. Elə bu səbəbdəndir ki, hazırda əhali çanaq antenalarını
əvvəllər tuşladıqları istiqamətlərdən ayıraraq milli peykimizə
doğru yönəltməkdədir.
“Bəs telekommunikasiya peykinə tuşlanan çanaq antenalarının sayını
müəyyənləşdirmək mümkündürmü?” Azərkosmos"dan bildirilib ki, belə
bir monitorinq aparmaq nəzəri cəhətdən mümkündür, lakin bu, kabel
operatorlarının və ya “DTH (Direct-to-Home)” operatorların
təşəbbüsü ilə olmalıdır:
“Hər hansı bir peykin populyarlıq səviyyəsinin ölçülməsi məqsədilə
bir neçə üsul tətbiq edilir. Bunlardan ən geniş yayılmışı
“peoplemeter” adlanan cihazlarla aparılan ölçmələr üsuludur. Bu
cihaz televizora qoşulur və onun vasitəsilə baxılan kanalların
auditoriyası və mənbəyi barədə məlumatlar alınır. Belə ölçmə və
təhlillər bir qayda olaraq marketinq araşdırmaları sahəsində
ixtisaslaşan şirkətlər tərəfindən həyata keçirilir”.
Milli telekommunikasiya peykimiz vasitəsilə yayımlanan
telekanallara baxanların sayı artıb: “Təqribi hesablamalara görə,
təkcə Azərbaycanda bu gün bir milyondan artıq çanaq antenası
“Azerspace-1” peykinə tuşlanmışdır”.
Hazırda “Azərspace-1” peyki üzərindən 60-dan çox yerli və xarici
televiziya və radio kanalı yayımlanır: “Əhali bu kanalları tam
ödənişsiz olaraq izləyə bilərlər. Bunların 51-i televiziya, 13-ü
isə radio kanalıdır”.
Qeyd edək bir müddət öncə Azərbaycan mətbuatında Ukraynanın bir
neçə TV kanalını “Azərspace” üzərindən yayımlamaq niyyətində olması
ilə bağlı informasiyalar yayılmışdı. "Azərkosmos"dan sözügedən
məlumatlarla bağlı da rəsmi mövqe açıqlanıb: “Hazırda Ukraynanın
bir kanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır”.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ