“Allah göstərməsin" - Aslan Aslanov yıxılmağından DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Allah göstərməsin" - Aslan Aslanov yıxılmağından DANIŞDI

Mən elə də kök deyiləm. Bu cür əlaqələndirmək doğru deyil. Əslində belə şeylərə görə onun-bunun gözünə gəlirsən.

Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı faciəsi ilə bağlı Atatürk Mərkəzində keçirdiyi tədbir iştirakı zamanı oturduğu mütəhərrik kreslonun aşması barədə yazılan məlumatlara münasibət bildirib.

Sabiq nazir müavini A.Aslanov Publika.Az-a açıqlamasında söyləyib ki, yazılanların bəzisi həqiqəti əks etdirmir.Tədbir zamanı oturduğu stolun ayağının sındığını vurğulayan A.Aslanov deyib: “Ancaq mən stoldan yıxılmadım. Stolun ayağı sınan zaman mən dərhal yanımdakı stoldan tutub dayandım. Sonra da yeni stol gətirdilər, oturdum. Yerə aşmaq nədir? Hamısı boş söhbətlərdir. Mən yıxılmamışam. Əgər yıxılsaydım, o zaman ayağım sınardı, kostyumum da batardı. Allah göstərməsin, o boyda yerdən adam aşsa, qolu-qıçı qırılar. Mən həmin vaxt yandakı stoldan əlimi tutub dayandım, sonra da Vaqif adlı bir jurnalist stol gətirdi, orada oturdum”.

A.Aslanov stoldan yıxılmasına artıq çəkili olmasının səbəb olması ilə bağlı iddialara da cavab verib: “Mən elə də kök deyiləm. Bu cür əlaqələndirmək doğru deyil. Əslində belə şeylərə görə onun-bunun gözünə gəlirsən”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm