Həmyerlimiz Türkiyədə “İlin rektoru” seçildi
Bizi izləyin

Qırmızı.az

Həmyerlimiz Türkiyədə “İlin rektoru” seçildi

Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon jurnalının hər il oxucuları arasında keçirdiyi səsvermə əsasında təşkil edilən “İlin Ən-ləri” müsabiqəsində Giresun Universitetinin rektoru prof. Dr. Aygün Attar “İlin ən müvəffəqiyyətli rektoru” seçilib.

Publika.Az-ın verdiyi xəbərə görə, Ankaranın “Rixos” otelində gerçəkləşən mükafatlandırma mərasimində əvvəlcə Giresun Universitetinin rektoru prof.dr. Aygün Attarın işgüzar fəaliyyəti barədə qısaca məlumat verilib.

Məlumatda, “Prof. Dr. Aygün Attar, 2007-ci ildən etibarən müxtəlif akademik fəaliyyətinin ardından, məəsuliyyətli, inkişafa meyilli işləri və idarəçilik qabiliyyəti ilə əvvəlcə dekan, 2010-cu ildə rektor köməkçisi, 2012-ci ildə isə Prezident Abdullah Gülün əmri ilə rektor vəzifəsinə təyin edilib”,-deyə, bildirilib. Çıxışı ilə mükafatlandırma mərasimin açılışını edən Türkiyənin Daxili İşlər Naziri Efkan Ala Prof. Dr. Aygün Attarı məəsuliyyətli, yüksək idarəçilik qabiliyyətinə malik, həm giresunlular, həm də tələbələri tərəfindən sevilən qadın adlandırıb.

Mükafatı aldıqdan sonra çıxış edən, Azərbaycanı qardaş ölkə Türkiyədə layiqincə təmsil edən güclü və işgüzar qadının necə olmasını göstərən həmyerlimiz, Giresun Universitetinin rektoru Prof. Dr. Aygün Attar, “ “2023 vizion” jurnalı oxucularına təşəkkür edirəm, bu mənim üçün sürpriz oldu. Qaradənizdəki bir universitetin əks-sədasının Ankaradan gəlməsi çox gözəl duyğudur. “İlin Ən-ləri” mükafatına namizədliyimin verilməsindən belə xəbərsiz olduğum halda bu qədər oxucunun məni seçməsi tərifi olmayan duyğudur. Mən 25 min tələbəsi olan Giresun Universitetini təmsil edirəm. Fındığın paytaxtı, gilasın ana vətəni Giresunun, tələbələrimin və universitet heyəti adından sizə təşəkkür edirəm.

Azərbaycanda dünyaya gəlməsindən, bu torpağın yetirməsi, Türkiyə Cümhuriyyəti vətəndaşı olmağın həddsiz qürurunu yaşayan bir akademik olaraq, ölkəmizdəki 10-dan az qadın rektordan biriyəm. Mən akademik olaraq 2023 hədəfindən oxuya bildiyim, Türkiyə Cümhuriyyəti 100-cü ilini hədəfləyən, iddialı, güclü, işıqlı geləcəklərə, sabahlara mən varam deyən iqtisadi, elmi baxımdan çox güclü bir Türkiyədir”,- deyə bildirib.

Çıxışı zamanı cəmiyyətdə qadınların üzləşdiyi problemlərə toxunan Prof. Dr. Aygün Attar, “Türkiyənin tanıdılması üçün ən önəmli şeylərdən biri qadın rektor və ana olaraq qadına şiddətin qarşısını almaq üçün qadın araşdırma mərkəzləri qurmağa nail olduq. Bu il UNESCO qadın problemləri bölməsini açmaq üçün Türkiyədəki bir çox universitet arasından bizim universiteti seçib. Buna görə qürur duyuruq. Siyasət həyatında qadını daha çox görmək üçün onlara daha artq fürsət verək. Seçkilərdən əvvəl və sonra birlikdə güclü, qüvvətli Türkiyə üçün, tək millət, tək dövlət, tək bayraq altında var olmaq üçün hamımız birlikdə çalışaq”- deyə bildirib.

Sonda rektor, prof.dr. Aygün Attar, “Bu mükafatı, canım övladlarım tələbələrimə və cənnətdən bir guşə olan Giresuna ithaf edirəm”,- deyərək, fikirlərini yekunlaşdırıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm