Qaxın Qıpçaq kəndində tibb məntəqəsi istifadəyə verilib
Bizi izləyin

Qırmızı.az

Qaxın Qıpçaq kəndində tibb məntəqəsi istifadəyə verilib

Yeni tibb məntəqəsi “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində rayonda istifadəyə verilən sayca üçüncü səhiyyə ocağıdır.

Yeni tibb məntəqəsi “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində rayonda istifadəyə verilən sayca üçüncü səhiyyə ocağıdır.

Səhiyyə Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində Qax rayonunun Qıpçaq kəndində yeni həkim məntəqəsi tikilib.

Bundan əvvəl isə rayonun Güllük və Əlibəyli kəndlərində belə səhiyyə ocaqları sakinlərin istifadəsinə verilib.

Bu münasibətlə təşkil edilən mərasimdə son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb. Qeyd olunub ki, ucqar kəndlərdə müasir standartlara uyğun belə səhiyyə obyektlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, zəruri tibbi avadanlıqla təchiz olunan yeni həkim məntəqəsi Qıpçaq kəndi ilə yanaşı, bu ərazidə yerləşən digər kəndlərin əhalisinə də xidmət göstərəcək. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm