Tələbə hansı halda universitetdən qovula bilər?
Bizi izləyin

Qırmızı.az

Tələbə hansı halda universitetdən qovula bilər?

Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyinin “Facebook” səhifəsində suallar cavablandırarkən bildirilib. Tələbələrin ali məktəbdən xaric olunmasına səbəb olacaq digər məqamlara da aydınlıq gətirilib.

Tələbələr öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric edilə bilər.

Nazirlikdən həmçinin bildirilib ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Bundan başqa, yekun attestasiyadan keçməyənlərin məsələsinə də aydınlıq gətirilib:

“Qüvvədə olan qaydalara görə, ali təhsil müəssisələrində yekun dövlət attestasiyasından keçməyən şəxslərə növbəti 4 ildə 2 dəfə attestasiyadan keçmək üçün şərait yaradılır. Bununla yanaşı həmin şanslardan istifadə etməyən şəxslər “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalar”a uyğun olaraq ali təhsil müəsisəsinə bərpa olunmaq və həmin şansı təkrar qazanmaq hüququna malikdirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm