“Vəzifə bu gün var, sabah yoxdur” – Tağı Əhmədovun həyat yoldaşı
Bizi izləyin

Qırmızı.az

“Vəzifə bu gün var, sabah yoxdur” – Tağı Əhmədovun həyat yoldaşı

Salatın Əhmədova həyat yoldaşının Bakı Metropoliteninin rəisi vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama münasibət bildirib.

Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova həyat yoldaşının Bakı Metropoliteninin rəisi vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama münasibət bildirib.

S.Əhmədova Publika.Az-a açıqlamasında söyləyib ki, həyat yoldaşı dövlətçiliyə, Heydər Əliyevə və prezident İlham Əliyevə sadiq adamdır: “İndi vəzifədən çıxarılıbsa, bu o demək deyil ki, Tağı Əhmədov başqa cür ola bilər. Onun ürəyi bütövdür. Tağı Əhmədov əqidəsi bütöv insandır. Vəzifə bu gün var, sabah yoxdur. Tağı Əhmədov əvvəl necə idisə, indi də elədir. Vəzifə təkcə Tağı Əhmədov üçün yaradılmayıb. Mən hələ onu görməmişəm. Mənə elə gəlir ki, vəzifədən getmək Tağı Əhmədova pis təsir etməyib. Onun kifayət qədər böyük yaşı və dünya görüşü var. Əgər prezidentimiz belə məsləhət görübsə, deməli bu, ən yaxşı yoldur”.

S.Əhmədova həmçinin qeyd edib ki, T.Əhmədov YAP Yasamal rayon təşkilatında sədr müavini vəzifəsində qalır: “Məgər onu əqidəsindən döndərmək olar? O, həmişə YAP-çı olub. Prezidentimiz onunla bağlı hansı qərarı versə, hansı yolu göstərsə, onunla da gedəcək. Şəxsi həyatda da mənimlə Tağı Əhmədov arasında münasibətlər indiyədək necə idisə, bundan sonra daha da yaxşı olacaq. Mənim üçün yaxşı oldu ki, indi Tağı Əhmədovu daha çox görəcəm. Çünki o, bütün gününü işinə sərf etmişdi. Şükür Allaha, yəqin ki, belə qalmaz, prezidentimiz onu işlə təmin edər. O, indi YAP-da işləyir, YAP-çıdır, əqidəsi bütöv adamdır. Mən həmişə deyirəm ki, kaş bir çoxlarında da Tağıda olan saf ürək olaydı. Yəni Tağı üzdə necədirsə, ürəyində də elədir. Bəziləri kimi üzdə ayrı, daxildə isə başqa cür deyil. Tağı əqidəsində möhkəm adamdır. O, tam səmimi insandır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm