FHN Xırdalanda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb
Bizi izləyin

Qırmızı.az

FHN Xırdalanda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Xırdalanda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 21 kv.m sahədə yanıb.

Yanğın zamanı dördüncü mərtəbədəki mənzildən 3-ü azyaşlı olmaqla 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və binadan 20 nəfər sakin təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm