“Shacman“ sürücüləri Qəribovdan şikayətçidilər
Bizi izləyin

Qırmızı.az

“Shacman“ sürücüləri Qəribovdan şikayətçidilər

“Shacman“ sürücüləri Qəribovdan şikayətçidilər

Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir hissəsinin tikintisində çalışan sürücülər zəhmət haqlarını ala bilmədiklərini qeyd edirlər.

Yola tökmək üçün Göyçay və digər yerlərdən Kürdəmirə daş-çınqıl, torpaq daşıyan yük maşınlarının sürücüləri Teleqraf.com-a bildiriblər ki, "Ekspresstrans" MMC-nin rəhbərliyi onları aldadıb.

Sürücü Elviz İskəndərov deyir ki, MMC 11 sürücüyə 15 min manat borcludur: "Biz "SHACMAN"la yük daşıyırdıq.

MMC-nin rəhbəri Zöhrab Qəribov öncə pulumuzu qəpiyinə kimi verəcəyini vəd etsə də, sonradan vədinə xilaf çıxdı.

Bizimlə müqaviləni dayandırdılar. Sonra telefonunu da söndürüb zənglərimizə cavab vermədi. Atası, millət vəkili Fərhad Qəribova zəng etdik. Dedi, mənlik iş yoxdur.

O oğlum, o da siz. Gedin, nə bilirsiz edin. Məni narahat etməyin. Cavab verdim ki, sizi sürücülər deyil, oğlunuz narahat edir. Fərhad Qəribov Zöhrabın atası, böyüyüdür. Biz də onu böyük bilib narahat etmişik. Hələ ki, pulumuzu ala bilməmişik".

F.Qəribov Teleqraf.com-a açıqlamasında oğlu ilə sürücülər arasında pul qalmaqalının olduğunu eturaf edib: "Oğlum hazırda xaricdədir. Sürücülər problemlə bağlı mənimlə danışıblar.

Onların pulu verilib. Oğlum sürücülərin pulunu onların rəhbərinə verib. Adını bilmirəm, pul sürücülərin rəhbəri olan qadına verilib. Pulu da o qadından istəməlidilər, oğlumdan yox".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm