Şəmkirdə qəza baş verib, ölən və xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə qəza baş verib, ölən və xəsarət alan var

Şəmkirdə üç nəfərin ölməsi, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Şəmkirdə üç nəfərin ölməsi, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün günorta saat 15: 00 radələrində Şəmkir rayonunda 4 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının 394-cu kilometrliyində, rayonun Seyfəli kəndin yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, Samux rayonunun Qovlar Sarı kənd sakini 50 yaşlı Elçin Xəlilovun idarə etdiyi "QAZ 24" markalı avtomobillə, paytaxt istiqamətdə hərəkətdə olan Şəmkirin Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "QAZ-24"ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, "VAZ 21011" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə keçiniblər.

QAZ 24"-ün sürücüsü, Elçin Xəlilov və "VAZ 21011"-də olan sərnişin, 20 yaşlı Anara Əliyeva bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm