Ağstafada dəhşətli qəza, 4 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Ağstafada dəhşətli qəza, 4 ölü, 2 yaralı

Bakı – Qazax avtomagistralının 472-ci kilometrliyində Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində 4 nəfərin ölümü, 1 nəfərin ağır yaralnması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı – Qazax avtomagistralının 472-ci kilometrliyində Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində 4 nəfərin ölümü, 1 nəfərin ağır yaralnması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri istiqamətdə hərəkətdə olan Eşqin Salamzadənin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Tahir Həsənovun idarə etdiyi “QAZel” markalı yük maşını toqquşub. Zərbənin gücündən “VAZ 2106” markalı avtomobilin sürücüsü 22 yaşlı Eşqin Salamzadə, onun bacısı 24 yaşlı Lamiyyə Salamzadə, digər sərnişin, 24 yaşlı Mahmud Musaquliyev hadisə yerində keçiniblər. Deformasiyaya uğrayan “VAZ 2106” markalı avtomaşında olanları FHN-nin xilasedici qrupu çıxarıb. “QAZel”in sürücüsü 62 yaşlı Tahir Həsənovu Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

“QAZel” də olan 21 yaşlı Elvin Məmmədov isə aldığı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyib. Faktla bağlı Baş DYP İdarəsi tərəfindən araşdırma aparılır. Hadisənin səbəbləri təyin olunan avto-texniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Qeyd edək ki, qəza zamanı xəsarət alan və ölənlərlər Ağstafa rayon sakinləridir. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm