• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 700 min manata yaxın artıb

Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait  700 min manata yaxın artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 700 min manata yaxın artıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 52 340 724 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR