Qənirə Paşayeva “Brüssel Azad Universiteti”ndə Xocalı soyqırımı ilə bağlı çıxış edib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva “Brüssel Azad Universiteti”ndə Xocalı soyqırımı ilə bağlı çıxış edib

Belçikanın aparıcı təhsil ocaqlarından biri olan “Brüssel Azad Universiteti”ndə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyilə “Qafqazda və bölgədə erməni problemi” adlı elmi-praktiki konfrans keçirilib.

Belçikanın aparıcı təhsil ocaqlarından biri olan “Brüssel Azad Universiteti”ndə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyilə “Qafqazda və bölgədə erməni problemi” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor təşkilatımız - “Belçika-Azərbaycan Dostluq Cəmiyyəti” vəDünya Azerbaycanlılar Kongresidir. Konfransda çıxış edən Səfir Fuad İsgəndərov qeyd olunan mövzu çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açmış və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.

Konfransda məruzəçi qismində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dinləyicilərə geniş məlumatlar verib: “Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olamalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi”.

Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini pozaraq Azərbaycan torpaqlarını işğal etdi. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili “İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı 100 mindən çox insanın sağlamlığını itirib. Hələ bu siyahıya psixi strees keçirənlər daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir cinayət etmişdir" deyə qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq deyib. Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.

Millət vəkili bildirib ki, ədalət tərəfində olanlar Xocalı Soyqırımını tanımalıdırlar. Millət vəkili beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edərək: “Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir”.

O bildirib ki, “22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil türk olduğu üçün gerçəkləşdirildi. Bunu erməni “ziyalıları” özləri etiraf edirlər. Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir”

Tədbirdə Belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəsis Michel Ivor, Dr.Vəfa Qurban (Dokuz Eylül Üniversitesi) də geniş çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, ermənilərin işğalçılıq siyasətinin tarixi kökləri və bölgədə yaşatdığı açılar, qondarma erməni soyqırımı iddiaları və ona qarşı mübarizə yolları və.s mövzularda çıxışlar ediblər.

Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm