Qırmızı.az
Güclü külək Bakıda 3 ağacı aşırdı - TƏHLÜKƏ
Bu gün səhər saatlarında küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində ağaclar aşıb.
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Publika.az-a verilən məlumata görə, ağacların aşması barədə vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumat verib.
“Paytaxtın Nəsimi rayonunda C.Məmmədquluzadə küçəsində, Xətai rayonu Neapol dairəsində və Səbail rayonu Nizami küçəsində ağac aşıb. Artıq bu barədə müvafiq şöbələrə məlumat verilib. Ağac kəsmə idarəsi hadisə baş verən əraziyə gedib”.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildiriblər ki, ağacların aşması nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi ilə bağlı məlumat yayıb. Küləyin bu gün axşam saatlarında səngiyəcəyi bildirilir.
Gülxar
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO